BİZ KİMİK?

diver

Crow Kreativ Agentliyi 2017-ci ilin may ayının sonlarında Cavid və Toğrul Ağayevlər (vallah qohum deyilik!) tərəfindən yaradılıb. Daim bizim kimi çərçivədən kənarda düşünənlərlə tanış olmaqla yanaşı daim öz məhsulumuzu dünyaya çatdırmaqda da maraqlıyıq.

Kreativ – əgər çoxdan reklam sektorundasınızsa yəqin ki, bu sözdən bezmisiniz. Biz nəinki kreativik, biz hətta imitativik! Necə? İndiyəcən heç video treyler çəkməyi düşünmüsünüz amma necə edəcəyinizi bilmirdiz? Heç öz minimalistik loqonuzu yaratmağı xəyal etmisiniz? Biz sizə bacardığımız qədər yardımçı olacağıq.

BİZ SİZİN XƏYALLARINIZI İMİTASİYA EDƏCƏYİK

XİDMƏTLƏRİMİZ

diver

SMM

Biz təcrübəli komandamızla birgə SMM (Sosial Media Marketinqi) xidməti təklif edirik.

Videoqrafiya

Videoqrafiya ən sevdiyimiz işlərdəndir! Unikal ssenari? Video effektlər? Güclü mesaj? Biz nə üçün varıq bəs?! İndi yazın.

Fotoqrafiya

Cazibədar və gözəl fotolar – yemək fotoqrafiyası, xüsusi günlər, məhsul marketinqi – istədiyinizi seçin!

WWW

Biz biznesizin üçün veb xidmətləri göstəririk. Saytınız yoxdur? Yaradarıq. Artıq var? Daha yaxşı!

Brendinq

Biznes aləmində yenisiniz? Ada, loqoya, şüara ehtiyacınız var? Narahat olmağa dəyməz, bizlikdir!

SEO

SEO (Search Engine Optimization – Axtarış Mühərriki Optimizasiyası) günümüz üçün mütləq ehtiyacdır. Google həm sizin ən yaxın dostunuz, həm də ən pis düşməniniz ola bilər. Biz onu dost tuturuq!

Qiymətlər üçün, əlaqə qurun.

PARTNYORLARIMIZ